Azeri dilinden aşk şiiri, Azerice Aşk Şiirleri Azerbaycan'dan en güzel aşk şiirlerini aşağıda derledik.. Bircə Eşqim Şiiri Mene gözle desen heyat boyunca Heyatım yolunda su olsun axsın Azerbaycan qızı, dünyada anca Menim birce eşqim sen olacaqsın. Baxışın dumandı, baxışın çendi O baxış könlümü salıptı oda Üzün parıldayan nurlu bir gündü Nurundu yaşadır meni dünyada. Aydınlanar senle qaranlıq gece Ömrüme nur çiler bir kelme sözün Varlığın tüşürdüp meni sevince Sinemi yaxıptı, o xumar gözün. Sen menim gözümde ulduzsan, aysan Tanrının bu demde son armağanı Eşqinle ruhuma cennetten paysan Gurbandır maşuqa, aşiqin canı. Bulax tek könlüme axır bu sevda Çağlıyır üreğim gelende adın Loxmana gel desem yetirmez dada Çaresi teh sensen eşq-i feryadın. Mene gözle desen heyat boyunca Heyatım yolunda su olsun axsın Azerbaycan qızı, dünyada anca Menim birce eşqim sen olacaqsın. Sənin üçün Eşq gölündə üzə-üzə boğuldum, Gör eşqi mən necə dayaz bilmişəm. Bu dünyada sənin üçün doğuldum, Bu həyata sənə görə gəlmişəm. Qızlar gördüm qəlbi geniş, qəlbi dar, Yad baxışlar məni tora salmadı. Yaşadığım yalan, yaman sevdalar, Gəldi-keçdi, heç yadımda qalmadı Heyran oldum səndə olan atəşə- İstisiylə ürəyimi kül edən. Hey bənzətdim səni yanan günəşə, Uzaq olub, amma yeri isidən. Qar-boranda titrəmədi dizlərim, Soyuqluğun üşütsə də, bezmədim. Küçənizdə qaldı ayaq izlərim, Sevər deyub, ümidimi üzmədim. Aylar, illər gəlib keçdi beləcə, Dəyişmədi bir eşqimiz, bir də biz. Etibarın azalmadı zərrəcə, Sən beləsən, ləkəsiz və tərtəmiz… Əsrlərdən, min illərdən gələn eşq, Anladım ki, mənə indi tanışdır. Çox sualın cavabını verən eşq, İçimdədir, yeri də hər qarışdır. Eşq gölündı üzə – üzə boğuldum, Gör eşqi mən necə dayaz bilmişəm. Bu həyatda sənin üçün doğuldum, Bu dünyaya sənə görə gəlmişəm. Əli İbrahimov